Məşhur televiziya aparıcısı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbəri Seymur Orucovdan boşanması barədə şayiələr yayılmaqdadır.
İnsanoid.com xəbər verir ki, Alidə Mustafayeva sözügedən iddiaların həqiqəti əks etdirmədiyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Media nümayəndələrini məlumatları paylaşmazdan əvvəl rəsmi mənbələrlə yoxlamağa, peşə etikası və məsuliyyət prinsiplərinə riayət etməyə çağırıram. Dezinformasiyanın yayılması hüquqi və ictimai məsuliyyət yaradır".
Xatırladaq ki, cütlüyün toy mərasimi 2024-cü ilin fevral ayında baş tutub.