top
“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb
18 mart 2026, 02:56
- ↺ +

“WhatsApp” qeydiyyatsız çatları test etməyə başlayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“WhatsApp”, hesabı olmayan istifadəçilər üçün qonaq çatları sınaqdan keçirməyə başlayıb.

"WABetaInfo” portalına istinadla xəbər verir ki, “Android” platformasında bir neçə ay davam edən sınaqlardan sonra funksiya iOS və veb-versiyada bəzi beta-testerlər üçün də əlçatan olub. Yeni rejim link vasitəsilə qorunan yazışmaya başlamağa imkan verir. Lakin hazırda funksiya müəyyən məhdudiyyətlərlə işləyir: qrup çatları, zənglər və fayl əlavələri dəstəklənmir, həmçinin 10 gün aktivlik olmadıqda yazışma avtomatik olaraq dayandırılır.

“WhatsApp”ın “iOS TestFlight” və veb-beta versiyasından istifadə edən bəzi istifadəçilər qonaq çatlara çıxış əldə ediblər. Bu funksiya ilk dəfə ötən ilin avqustunda Android beta versiyanı test edənlər üçün təqdim olunub. Onun təyinatı praktiki xarakter daşıyır. “WhatsApp” istifadəçisi xidmətdə hesabı olmayan şəxs ilə söhbətə başlaya bilir.

Funksiyanın işləmə prinsipi dəvət linki mexanizmi üzərində qurulub. “WhatsApp” istifadəçisi tətbiqin “Invite a friend” bölməsində xüsusi dəvət linki yaradır və onu SMS və ya digər tətbiqlər vasitəsilə göndərir. Həmin link açıldıqdan sonra “WhatsApp Web” vasitəsilə qorunan çat sessiyası işə düşür. Beləliklə, qonaq istifadəçi söhbətə başlamaq üçün hesab yaratmaq əvəzinə sadəcə ona göndərilmiş dəvət linkini açır.

Bundan sonra sistemin kriptoqrafik mexanizmi işə düşür. Həmsöhbət qonaq kimi istifadəni davam etdirdikdə “WhatsApp Web” unikal identifikator yaradır. Bu identifikator şifrələmə açarının yaradılması üçün istifadə olunur. Nəticədə qonaq çatları tamamilə şifrələmə ilə qorunur. Bu isə o deməkdir ki, “WhatsApp” özü mesajların məzmununu görə bilmir və yazışmaya yalnız söhbətin iştirakçıları çıxış əldə edir.

Hazırda bu funksiya iOS, Android və veb-versiyada yalnız məhdud sayda beta-test istifadəçiləri üçün əlçatandır. Funksiyanın daha geniş istifadə üçün nə vaxt təqdim ediləcəyi isə hələ açıqlanmayıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 21 oktyabr

Cəmiyyət
Dünən, 17:29

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Cəmiyyət
Dünən, 17:22

Məkkədə qeyri-əxlaqi hərəkətə görə iki Banqladeş vətəndaşı edam edilib

Cəmiyyət
Dünən, 16:02

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib - Sərəncam

Cəmiyyət
Dünən, 15:58

Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM

Cəmiyyət
Dünən, 15:16

Bakıda ev və torpaq harada daha ucuzdur?

İdman
Dünən, 14:22

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan" - MÜSAHİBƏ + FOTO

Cəmiyyət
Dünən, 14:04

Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub

Cəmiyyət
Dünən, 13:28

Nəsrin Cavadzadə tənqidlərə cavab verdi: "Məhkəmədə hesablaşacağam"

Cəmiyyət
Dünən, 12:37

Sabah rayonlara yağış yağacaq

Cəmiyyət
Dünən, 12:12

Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytar həkimlərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Cəmiyyət
Dünən, 12:04

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır

Cəmiyyət
Dünən, 11:21

Kim Çen İnin sağ-salamat olduğu bildirilir

Cəmiyyət
Dünən, 09:52

DİM: Ötən il buraxılış imtahanının çətinliyi 5 ballıq şkala üzrə 4,19 qiymətləndirilib

Cəmiyyət
Dünən, 09:39

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:04

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:05

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 20 oktyabr

Cəmiyyət
19 oktyabr 2026, 17:40

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb

Cəmiyyət
19 oktyabr 2026, 17:23

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb

Cəmiyyət
19 oktyabr 2026, 15:42

Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub

Cəmiyyət
19 oktyabr 2026, 15:04

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar

Cəmiyyət
19 oktyabr 2026, 14:21

Bir qrup energetik təltif edilib - Sərəncam

Cəmiyyət
19 oktyabr 2026, 12:44

Sabah rayonlara yağış yağacaq

Oxşar xəbərlər