Ukraynanın Xarkov vilayətində raketin evə düşməsi nəticəsində həlak olan azərbaycanlı Emin Mahmudovun və ailə üzvlərinin nəşi hadisə yerində qalıb. Bu haqda martın 4-ü Report-a mərhumun qardaşı bildirib.
Onun sözlərinə görə, qardaşıgilin meyitlərini götürmək və dəfn etmək mümkün olmayıb. Onlar artıq 10 gündür ki, həyətdə qalıb.
Qeyd edək ki, insident martın 5-də Çirkun kəndində baş verib.
Soydaşlarımızın yaşadığı evə raket düşüb. Ev sahibi, onun həyat yoldaşı və qayınanası həlak olub, ailənin üç övladı isə sağ qalıb.