Xarkovda Nizami Gəncəvinin abidənisinin açılışı olub

Ukraynanın Xarkov şəhərində Nizami Gəncəvinin abidəsinin açılış mərasimi keçirilib. Bu haqda Azərtac sentyabrın 16-da məlumat yayıb.

Açılış mərasimi Ukrayna və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Abidənin müəllifi, Ukraynanın xalq rəssamı Katib Məmmədovdur.

Açılış mərasimi ilə əlaqədar olaraq Xarkov Vilayət Filarmoniyasının binasında konsert keçirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ukraynanın paytaxtı Kiyev şəhərində də Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Xarkovda Nizami Gəncəvinin abidənisinin açılışı olub”

Tövsiyə xəbərlər