Noyabrın 4-dən bu günədək Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizində ekoloji monitorinqlər həyata keçirilib.
Bu barədə noyabrın 15-də İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Ekspedisiya zamanı 17 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.
Monitorinqlər noyabrın 17-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə “Səngəçal-Duvannı-Xərə-Zirə” və “8 Mart” yataqlarında aparılacaq.