Xəzər Tv-də yayımlanan “Təsir dairəsi” verilişində insident yaşanıb. Bu barədə İnsanoid bu gün, 31 oktyabr tarixində xəbər verir.
Lalə Azərtaşın aparıcısı olduğu verilişdə ekspert Anar Vəziroğlu ilə iştirakçı arasında əlbəyaxa dava baş verib.
Konfliktin yaranma səbəbi isə fikir ayrılığı olub.
Belə ki, Ramal adlı iştirakçının övladlarının anası olan Əfsanə evi tərk edib və günlərlə evə qayıtmayıb. Əfsanənin ana və atasının müraciətindən sonra onu evə qaytara biliblər.