Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Onlardan biri xilas ola bilib. Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Hüseynov Xələf Hüseyn oğlu dənizdə boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.