TÖVSİYƏ XƏBƏRLƏR

Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıblar

Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə Report 25 may tarixində xəbər verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata əsasən, balıq ovlayan şəxslərin Xaçmaz rayon sakinləri Elşad Əzizov, Güloğlan Baxışov, Şabran şəhər sakinləri Ədalət Fərzəliyev, Qafqaz Quliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx