Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Xəzərdə qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Xəzər dənizinin Siyəzən və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə 7 fevral tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat verib.

Brakonyerlərin Şabran şəhər sakinləri Zaur Şaliyev, Əlvan Əmiraslanov, Dilman Əmiraslanov, Seymur Kazımov, İnqilab Kazımov, Mayıl Aydəmirov, Eldəniz Əmrəliyev, Siyəzən rayon sakinləri Cavid Quliyev, Mahir Əsgərov, Saleh Əsgərov, Fərhad Əliyev, Cəlal Əsgərov, Mahəddin Əkbərov və Sumqayıt şəhər sakini Faiq İbadov olduqları müəyyən edilib.

Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 300 metr uzunluğunda 4 ədəd sintetik tor götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, – məlumatda bildirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx