TÖVSİYƏ XƏBƏRLƏR

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb

Xəzərin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə cəsədlərdən nümunələr götürülüb. Bu barədə 8 dekabr tarixində Report məlumat verib.

Xidmət rəisi Firuddin Əliyev bildirib ki, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Onun sözlərinə görə, suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Qeyd edək ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanıb. Xəzərin Azərbaycan bölməsində keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx