“Azərbaycanın xarici siyasəti mehriban qonşuluq, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır”. Bu barədə 19 noyabr tarixində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter” hesabında paylaşım edib.
“Azərbaycan Albaniyada, İsraildə, Keniyada səfirliklər, habelə BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəlik və Fələstində Təmsilçilik Ofisi açmaqla diplomatik nümayəndəliklərinin sayını artırır”, – paylaşımda deyilir.
Qeyd edək ki, dünən Milli Məclis Azərbaycanın İsrail, Albaniya və Keniyada səfirlik açmasına razılıq verib.
Azerbaijan’s foreign policy is imbued with the spirit of good-neighborliness, cooperation & partnership. 🇦🇿 further expands diplomatic missions by opening Embassies in #Albania🇦🇱, #Israel🇮🇱, #Kenya🇰🇪, PM in @UN Office at Nairobi🇺🇳, & a Representative Office in #Palestine🇵🇸 pic.twitter.com/hJ8p6WbAa8
— Aykhan Hajizada (@Aykhanh) November 19, 2022