TÖVSİYƏ XƏBƏRLƏR

XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməməyə çağırıb

“Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”.

Bu barədə İnsanoid Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.

Qeyd olunub ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

İrandakı Azərbaycan vətəndaşları konsulluq və digər müraciətlər üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:

ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi, 9

TEL: (+98413) 333 48 03

FAKS: (+98413) 331 53 80

E-MAIL: [email protected]

WEBSITE: tabriz.mfa.gov.az

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx