TÖVSİYƏ XƏBƏRLƏR

XİN: Ermənistan işğal altında olan 8 Azərbaycan kəndini təhvil verməyib

“Ermənistan, həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi”.

Bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə 7 noyabr tarixli Bəyanatında qeyd olunub.

“Buna baxmayaraq, Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan, həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi”, – Bəyanatda vurğulanıb.