TÖVSİYƏ XƏBƏRLƏR

XİN: “Ermənistan və onun yaratdığı qondarma rejimin təxribatlarının məqsədi bu ərazilərə məcburi köçkünlərin geri qayıtmasına maneçilik yaratmaqdır”

“Ermənistan və onun yaratdığı qondarma rejimin təxribatlarının məqsədi bu ərazilərə məcburi köçkünlərin geri qayıtmasına maneçilik yaratmaqdır”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Xocavənddə mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olması barədə 19 sentyabr tarixində yaydığı məlumatda qeyd olunub.

“Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirilməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır. Bununla yanaşı, bu təxribatların məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır”, – məlumatda vurğulanıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx