Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə açıqlama verib. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 27 yanvar tarixində xəbər verir.
Məlumatda deyilir:
“27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.