“Prezident Administrasiyası tərəfindən göndərilən dəvətdən, əfsus ki, separatçı rejim tərəfindən imtina edilirdi”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
Bu barədə 20 sentyabr tarixində İnsanoid xəbər verir.
O qeyd edib ki, Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Qarabağın erməni sakinlərinin geniş formada sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır və bu, müvafiq aidiyyəti qurumlarla hazırlanıb.
***
17:17
Xarici İşlər Nazirliyinin brifinqi başlandı – CANLI
Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün brifinq başlayıb.
Bu barədə 20 sentyabr tarixində İnsanoid xəbər verir.