“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu barədə 18 sentyabr tarixində Report xəbər verib.
Ümumdünya İrs Ərazisi Xınalıq kəndi də daxil olmaqla yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.
Bu, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 5-ci ərazisidir.