Xırdalanda avtomobili sərxoş və sürücülük vəsiqəsi olmadan sürən şəxs saxlanılıb. Bu barədə 31 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Xırdalan şəhəri ərazisində “TOFAŞ” markalı avtomobilin sürücüsünü təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə saxlayıblar.
Sürücü, Abşeron rayon sakini Cavid Səmədovun sürücülük vəsiqəsinin müddətinin bitməsi və onun sərxoş halda olması müəyyən olunub. Onun barəsində inzibati protokol tərtib edilib.
Avtomobilə baxış zamanı isə oradan 14 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.