Xırdalanda qətl hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 2 oktyabr tarixində məlumat verir.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Oktyabrın 2-də saat 14:00 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisindəki evlərin birində 1962-ci il təvəllüdlü Xəlifə Sərkərovun odlu silahdan atəş açaraq, 1967-ci il təvəllüdlü arvadı Gülnarə Sərkərovanı öldürməsi və daha sonra həmin silahla intihar etməsi barədə polisə məlumat daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.
Araşdırma aparılır.