TÖVSİYƏ XƏBƏRLƏR

Xırdalanda intihar edən qızların rəfiqə olduqları deyilir – TƏFƏRRÜAT

Ötən gün Xırdalan şəhərində intihar edən 15 yaşlı Şəbnəm həmin binada müəllim yanına hazırlığa gedirmiş. Bu barədə 25 avqust tarixində Lent.az məlumat verib.

Məlumata əsasən, o, hazırlıqdan çıxandan sonra özünü binadan atıb.

Hadisə yerinə gələn istintaq qrupu qızın müəllimini də dindiriblər. Müəllim Şəbnəmdə qeyri-adi hal müşahidə etmədiyini, hər zaman olduğu kimi, ötən gün də normal qaydada hazırlığa gəldiyini və dərs bitəndən sonra evi tərk etdiyini bildirib.

Qeyd olunub ki, bir neçə gün əvvəl də eyni binanın həmin blokunda daha bir qənc qız intihar etmişdi. Həmin qızın da o binaya müəllim yanına gəldiyi bildirilir. İntihar edən qızların rəfiqə olması iddia olunur.

Hazırda Abşeron rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

1 COMMENT

guest
1 şərh
Inline Feedbacks
Bütün şərhlər
Anonim
Anonim
28 Avqust 2023, 20:44

Görəsən bu intahardı yoxsa kimsə itələyib?

1
0
Rəy bildirinx