Abşeron rayon Xırdalan şəhərində avqustun 12-də uşaqlara açıq şəkildə narkotik vasitələr təklif edilib. Bu haqda Abşeron KOB İnkişaf Mərkəzinin əməkdaşı Facebook səhifəsində yazıb.
O bildirib ki, hadisəyə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində şahid olub:
“14-15 yaşlarında oğlanlar AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə oynayan uşaqlara “konfet, saqqız” adı ilə ağ həblər təklif ediblər”, – deyə mərkəzin əməkdaşı bildirib.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisinin verdiyi məlumata görə, faktla bağlı araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.