TÖVSİYƏ XƏBƏRLƏR

Xızıda oğul atasını taxta ilə vuraraq öldürüb

Xızı Rayon Polis Şöbəsinə martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub. Bu barədə 27 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx