Xocalı rayonunun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə 7 fevral tarixində Report məlumat verib.
Məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq yol kənarındakı su kanalına düşüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.