TÖVSİYƏ XƏBƏRLƏR

Xocəsəndə avtobus yanıb – VİDEO

Bakıda sərnişin avtobusu alışaraq yanıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 7 mart tarixində xəbər verir.

Bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan “İVECO OTOYOL” markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alışaraq yanıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, lakin avtobus yararsız hala düşüb.

Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər.

Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx