Xocavənddə qanunsuz erməni birləşmələrinin 2 üzvü minaya düşüb. Bu barədə Caliber.az 19 dekabr tarixində məlumat verib.
Dekabrın 18-də günorta saatlarında Rusiyanın sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində yerləşən qanunsuz erməni silahlı birləşmələri bölmələrinin mövqelərindən birində mina partlayıb.
Partlayış nəticəsində qanunsuz birləşmənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki xəstəxanaya çatdırılıblar.