TÖVSİYƏ XƏBƏRLƏR

Xocavənddə ermənilərin törətdiyi terror aktında 4 polis ölüb

Xocavənddə ermənilərin törətdiyi terror aktında 4 polis həlak olub. Bu barədə 19 sentyabr tarixində Baş Prokurorluq məlumat yayıb.

DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Hadisə saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda baş verib.

Daha 5 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Cinayət işi başlanılıb.

Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşları həlak olublar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx