YAŞAT Fondu yeni tədris ilində 67 şəhid övladına dəstək göstərib

“YAŞAT” Fondu yeni tədris ilində 67 şəhid övladına dəstək göstərib və 800-dən çox məktəbliyə hədiyyə qutusu çatdırıb. Bu haqda fond sentyabrın 15-də məlumat yayıb.

7 özəl təhsil müəssisəsi ilə yaradılmış əməkdaşlıq çərçivəsində imtahandan uğurla keçən 37 şəhid övladı orada ödənişsiz kvota əsasında oxuyacaq. Belə ki, özəl təhsil müəssisələrində ödənişli təhsil alacaq 30 şagirdin təhsil haqqı isə Fond tərəfindən qarşılanacaq. Eyni zamanda 7 şəhid övladı bağça və məktəbəqədər təhsil müəssisəsində pulsuz oxuyacaq.

Bundan əlavə, fond bütün şəhidlərin məktəbdə oxuyan övladlarına 1 illik müddət üçün dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.

Azərbaycanda aşağı siniflər üçün dərslər sentyabrın 22-də, orta ixtisas və ali təhsil müəssisələrində isə sentyabrın 29-da başlayacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “YAŞAT Fondu yeni tədris ilində 67 şəhid övladına dəstək göstərib”

Tövsiyə xəbərlər