TÖVSİYƏ XƏBƏRLƏR

Yaşma qəsəbəsi: sakinlər küçələrin işıqsız olmasından şikayətlənir

Xızı rayonunun Daşlı qəsəbəsində sakinlər küçələrin işıqsız olmasından şikayətlənir. Bu haqda məlumat dekabrın 8-də Facebook-da yayılıb.

Qəsəbə sakinləri 2-ci və 3-cü körpülər arasında yerləşən yolda işıq dirəklərinin quraşdırılmamasından narazıdırlar. Sakinlərin sözlərinə görə, qaranlıq düşən kimi bu yolu keçmək qorxulu və təhlükəli olur. Səbəb isə ərazidə tülkü, çaqqal kimi vəhşi heyvanların olmasıdır.

“Mərkəzi yollar yaxşı işıqlandırılır, ancaq bəzi kənar ərazilərdə bu problem hələ də yaşanır. Qaranlıq düşən kimi göz-gözü görmür”, – deyə sakinlərdən biri söyləyib.