Yanğına məruz qalmış ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi proqram hazırlanır. Bu haqda sentyabrın 6-da Report xəbər yayıb.
Proqram çərçivəsində ilkin olaraq yanğına məruz qalan sahələr təmizlənəcək, şumlama işləri aparılacaq. Daha sonra çalalar qazılacaq, suvarma arxları çəkiləcək.
Sonda isə hər bölgənin iqlim şəraitinə uyğun meşəcinsli ağacların əkilməsi, toxumların səpilməsi nəzərdə tutulub.
Səpində və əkində Qafqaz vələsi, adi göyrüş, nəhəng ağcaqayın, palıd və s. meşəcinsli toxumlardan və tinglərdən istifadə olunacaq.