Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı “jamaz.info” xəbər saytında yerləşdirən media nümayəndəsi cərimələnib. Bu barədə yanvarın 13-də Baş Prokurorluq məlumat yayıb.
İbişbəyli Fikrət “internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması” maddəsi ilə 500 manat məbləğində cərimə edilib.
“Dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların yayılmasına görə Prokurorluq tərəfindən qəti tədbirlər görüləcək”, – qurumdan əlavə edilib.