Bu ilin yanvar ayında Azərbaycanda 296 əkiz, 30 üçəm doğulub.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 mart tarixli hesabatında əks olunub.
Məlumata görə, ötən ay Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 9 935 doğulmuş körpəni qeydə alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulanların sayı 11,9-dən 11,5-ə dəyişib.