Xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə fristayl”ın “mogul” növü üzrə master-klas keçirilib. Bu barədə Report 27 fevral tarixində məlumat verib.
Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan təlimin keçirilməsinin məqsədi ölkədə qiş idman növlərini təşviq etmək, xizək fristaylının bu növünü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.
Təlimlərdə Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə, həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.
Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.