Paytaxtın Yasamal rayonunun Mirzəağa Əliyev küçəsində “Prius” qəzaya düşüb. Bu haqda bu gün, 23 mart tarixində İnsanoid “Report”a istinadən xəbər verir.
“Qış parkı”nın yanında hərəkətdə olan “Prius” idarəetmədən çıxaraq öncə dirəyə dəyib, daha sonra parkın ərazisindəki yeraltı keçidin divarına çarpılıb. Avtomobilin içində 3 müştəri olub. Onlar və sürücü xəsarət almayıblar.
Faktla bağlı araşdırmaya başlanılıb.
