36 jurnalist Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qurbanı olub. Bu barədə 3 noyabr tarixində Report Jurnalistləri Müdafiə Komitəsinə istinadən məlumat verib.
“Media işçiləri Qəzza zolağında İsrailin hava hücumları və elektrik enerjisinin kəsilməsi fonunda münaqişəni işıqlandırarkən xüsusilə yüksək risklərlə üzləşirlər”, – təşkilatın məlumatında belə deyilir.
Komitə bildirib ki, noyabrın ikisinə olan ilkin hesablamalar göstərir ki, oktyabrın yeddisində münaqişə başlayandan bəri həlak olan on mindən çox insan arasında ən azı 36 jurnalist də var.