Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılar mükafatlandırılıblar

Tokio-2020 Yay Paralimpiya Oyunlarında yüksək nəticə əldə edən Azərbaycan idmançıları və onların məşqçiləri təltif olunublar. Bu barədə 6 sentyabr tarixində Prezident İlham Əliyev sərəncam imzalayıb.

Medal və ordenlərdən əlavə, birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat, üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat təyin olunub.

Azərbaycanı Paralimpiya Oyunlarında təmsil edən 34 idmançıdan 16-sı medal qazanıb. Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan millisi medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Yay Paralimpiya Oyunlarında medal qazanan idmançılar mükafatlandırılıblar”

Tövsiyə xəbərlər