TÖVSİYƏ XƏBƏRLƏR

Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür. Bu barədə İnsanoid bu gün, 21 noyabr tarixində xəbər verir.

Yeni Azərbaycan Partiyasının yaradılması ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir.

1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.