Azərbaycanın yeni gənclər və idman naziri Fərid Qayıbov sentyabrın 8-də kollektivə təqdim olunub. Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edilib. O, həmçinin Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində çalışır.
“Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək” – deyə yeni nazir vurğulayıb. Onun sözlərinə görə, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir.
Bundan əvvəlki gənclər və idman naziri Azad Rəhimov 2021-ci il aprelin 30-da vəfat edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.