Yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6°, gündüz 8-13° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3°-dək şaxta olacaq.