TÖVSİYƏ XƏBƏRLƏR

Yeni Klinikanın sabiq rəhbəri apellyasiya şikayəti verib

“Yeni Klinika”nın həbsdə olan sabiq direktoru Pərviz Abbasov və ona rüşvətalmada köməklik edən digər dörd şəxs apellyasiya şikayəti verib. Bu haqda 21 yanvar tarixində Report məlumat verib.

Onlar bəraət hökmünün çıxarılmasını istəyir.

İlkin baxış iclası Bakı Apellyasiya Məhkəməsində fevralın 2-də keçiriləcək.

Qeyd edək ki, Pərviz Abbasov “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimləri: Əvəz Hüseynov və Samir Mirzəyev, “Viola” MMC-nin meneceri Vüsalə Əliyeva ilə əlbir olaraq COVID-19 xəstələrinin tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat alıb.

Həmin şəxslər barəsində “rüşvət alma təkrar törədildikdə” və “təkrar rüşvət almaya köməklik etmə” maddələri ilə ittiham irəli sürülüb.

Dekabrın 16-da sözügedən şəxslərə hökm oxunub. Belə ki, P.Abbasov 8 il 6 ay, Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. “Viola” MMC-nin meneceri Vüsalə Əliyevaya isə şərti cəza verilib.