Yeni “Suraxanı” elektrik yarımstansiyası açılıb

Avqustun 6-da yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışı olub.

Azərbaycanın prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı yarımstansiyanı işə salıb.

Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial obyektlərini elektrik enerjisi ilə təchiz edəcək.

1993-ci ildə tikilən yarımstansiya istismar müddətini keçmə səbəbindən artan tələbatı qarşılaya bilmirdi. Buna görə yarımstansiya sökülərək qapalı tipli variantda yenidən qurulub.

Müasir avadanlığın quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçilərin təhlükəsiz fəaliyyətinə, avadanlıqların ətraf mühitin zərərli təsirindən qorunmasına nail olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx