TÖVSİYƏ XƏBƏRLƏR

Yeniyetmə badmintonçularımız beynəlxalq turnirdə bürünc medal qazanıblar

Azərbaycanın yeniyetmə badmintonçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “10th LI-NING Zagreb Youth Open” turnirində bürünc medal qazanıblar. Bu barədə 25 sentyabr tarixində Azərbaycan Badminton Federasiyası xəbər yayıb.

15 yaşadək idmançıların qarışıq-qoşa yarışında Əli Gözəlov – Aysu Kərimzadə cütlüyü bu kateqoriya üzrə turnirin yarımfinalına kimi irəliləyib.

Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçular yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək, qarışıq-qoşa yarışda ən güclü “dördlüy”ə yüksəliblər.

Əli Gözəlov – Aysu Kərimzadə cütlüyü finalın bir addımlığında Rumıniya badmintonçularına 0:2 (20:22, 20:22) hesabı ilə məğlub olublar.