İrəvanda etirazçılar Rusiya səfirliyini bağlayıblar, diplomatik missiya Ermənistana nota verib.
İnsanoid Rusiya KİV-lərinə istinadən xəbər verir ki, diplomatlar səfirlik binasının içərisində qalıblar. Normal fəaliyyət qeyri-mümkün olduğundan Vyana Konvensiyasından irəli gələn öhdəliklərə uyğun olaraq səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinə nota göndəriblər.
İrəvanda Rusiya səfirliyinin ön və arxa qapısı iştirakçılar tərəfindən bloklanıb 20:44
İrəvanda Rusiya səfirliyinin ön və arxa qapısı aksiya iştirakçıları tərəfindən bloklanıb. Ermənistanın yerli Telegram kanalları daha çox insanı səfirliyin qarşısına yığılmağa çağırıb.
Hazırda aksiya iştirakçıları onları uzaqlaşdırmağa çalışan polis işçilərinə qarşı müqavimət göstərirlər.
İrəvanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb 18:12
Ermənistanın iqtidaryönlü Telegram kanallarının tələbi ilə Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Bu barədə İnsanoid bu gün, 19 sentyabr tarixində xəbər verir.
Aksiyaya çağırış teleqram kanallarında aktiv şəkildə edilib.
Müraciətdə deyilir:
“Biz hər kəsi dərhal çıxıb İrəvandakı Rusiya səfirliyinin qarşısına toplaşmağa və giriş-çıxışı bağlamağa çağırırıq. “Artsax”a qarşı müharibə dayandırılmayana qədər heç kim bu xain ölkənin səfirliyindən çıxmamalı və oraya girməməlidir.”