top
Gənc futbolçulara geniş şans veriləcək - Səbailin yeni baş məşqçisinin MÜSAHİBƏSİ
19 iyun 2026, 14:17
- ↺ +

"Gənc futbolçulara geniş şans veriləcək" - "Səbail"in yeni baş məşqçisinin MÜSAHİBƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasını tərk edərək Birinci Liqada mübarizə aparan "Səbail" yeni mövsümə böyük dəyişikliklərlə hazırlaşır. Klub rəhbərliyinin əsas hədəfi elitaya qayıdış və çempionluq olduğu bir vaxtda komandanın sükanı Elnur Abdullayevə həvalə edilib.

Təcrübəli mütəxəssis qarşıdakı planlar, formalaşdırılacaq heyət, transfer siyasəti və futbol fəlsəfəsi ilə bağlı sualları İdman.Biz-in müsahibəsində cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

– İlk növbədə, "Səbail"in baş məşqçisi təyin olunmağınız münasibətilə təbrik edirik. Bu təklif sizə gələndə ilk reaksiyanız necə oldu?

– Təbrikə görə təşəkkür edirəm. Bildiyiniz kimi, Azərbaycan Birinci Liqasında çıxış edən "Şahdağ Qusar"la yollarımı ayırdıqdan sonra bu barədə xəbərlər mətbuatda da yayıldı. Bundan bir neçə gün sonra bir neçə klubdan təklif aldım. Həmin təkliflər arasında "Səbail" də var idi.

Klubun yeni rəhbərliyi məni görüşə dəvət etdi. "Səbail"in yeni prezidenti Mirzə Bayrampurla görüşdük. O, mənə güvəndiyini və bu yolda mənimlə davam etmək istədiklərini bildirdi. Qarşıya qoyulan əsas hədəfin çempionluq olduğunu söylədilər. Onlar öz şərtlərini, mən isə öz tələblərimi irəli sürdüm və qarşılıqlı razılıq əldə etdik.

Mənə göstərilən etimada görə Mirzə müəllimə təşəkkürümü bildirirəm. Qarşımızda məsuliyyətli və çətin bir yol var. Futbolçularımıza, məşqçilər heyətinə və rəhbərliyə uğurlar arzulayıram. İnşallah, bu missiyanın öhdəsindən layiqincə gələrik.

– Komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? İlk təəssüratlarınız nədən ibarətdir?

– Komanda, demək olar ki, sıfırdan formalaşdırılacaq. Heyətdə həm təcrübəli futbolçular, həm gənclər, həm də legionerlər yer alacaq. Hazırda transfer istiqamətində işlər davam edir. Futbolçuları izləyir, seçimlər aparırıq. Ümid edirəm ki, düzgün seçimlər edərək güclü kollektiv formalaşdıra biləcəyik.

– Heyətdə diqqətinizi çəkən əsas məqamlar hansılardır? Komandanın güclü və inkişaf etdirilməli tərəflərini necə görürsünüz? Həmçinin komandaya hansı futbol fəlsəfəsini aşılamağı planlaşdırırsınız?

– Futbol fəlsəfəm müasir futbola əsaslanır. Daha çox üçlü müdafiə sisteminə üstünlük verirəm. Xüsusilə 3-5-2 və 3-4-3 sxemləri mənə daha yaxındır. Çalışıram ki, komandaya da bu sistemlərə uyğun futbolçular cəlb edim.

Müasir futbolda sürət, güc və texnika əsas amillərdir. Məqsədim heyətin imkanlarına uyğun, baxımlı və dominant futbol oynatmaqdır. Bir məşqçi kimi istəyim budur və inanıram ki, buna nail ola bilərik.

– Gənc futbolçuların inkişafı və onlara şans verilməsi məsələsində yanaşmanız necədir?

– Komandada gənc futbolçular da olacaq. Ötən mövsüm də əsas üstünlüyü gənclərə vermişdim və yaxşı nəticələr əldə etdik. Bu dəfə də gənc futbolçulara şans veriləcək.

Ancaq onu da qeyd etməliyəm ki, bizi çox çətin mövsüm gözləyir. Çempionluq uğrunda mübarizə aparan komandaya qarşı bütün rəqiblər xüsusi motivasiya ilə çıxış edirlər. Bu liqada çalışdığım üçün bunun nə qədər çətin olduğunu yaxşı bilirəm. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, qarşımıza qoyulan məqsədlərə çataq.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
Bu gün, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
Bu gün, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
Bu gün, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Bütün Xəbərlər
Bu gün, 10:56

Cəbrayılda minaya düşən Əşrəf Qəhrəmanovun vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:41

Prezident: "Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Oxşar xəbərlər