Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində iştirak etməməsinin səbəbi bəlli olub.
Bu barədə İdman.Biz-in sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından bildirilib.
"Paris-2024" Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı çəkisini sala bilmədiyi üçün yarışdan kənarda qalıb.
O, daha əvvəl bu ilin fevralında, Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" turnirində də eyni halla üzləşib.