“Azərbaycan Uşaq Qaynar Xətti” FHN-lə əməkdaşlığa başlayıb. Bu haqda martın 14-də APA məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə uşaq və yeniyetmələr tərəfindən daxil olan müraciətlər birbaşa olaraq “Uşaq Qaynar Xətti”nə yönləndiriləcək.
“Azərbaycan Uşaq Qaynar Xətti” xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, [email protected] elektron poçt ünvanı, facebook və instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.