Rusiyanın Birinci Kanalının “Qolos. Deti-3” (“Səs. Uşaqlar-3”) televokal şousunun finalçısı Azər Nəsibov yenidən məşhur layihənin səhnəsinə çıxıb. O,“Qolos. Uje ne deti” (“Səs. Artıq uşaq olmayanlar”) layihəsinin “kor dinləmələr”ində iştirak edib.
Bu barədə 16 sentyabr tarixində İnsanoid xəbər verir.
“Kor dinləmələr” zamanı Azər Nəsibov “Beggin” mahnısını ifa edib, onun səsinə Polina Qaqarina dönüb. İfaçı layihədə iştirakını onun komandasında davam edəcək.
Mentorlar Azər Nəsibovdan başqa bir bəstə ifa etməyi xahiş ediblər və müğənninin seçimi Azərbaycan xalq mahnısı “Sarı gəlin” olub. Təlimatçılar kompozisiyanın ifasından məmnun qalıblar.
Xatırladaq ki, Nəsibov 2016-cı ildə “Qolos. Deti” vokal şousunda iştirak edib. Həmin vaxt “kor dinləmələr” zamanı “Maybe I, maybe you” mahnısını ifa edib. Həmin vaxt münsiflər heyətinin bütün üzvləri Azərin səsinə geri dönmüşdü. Azər Nəsibov isə mentor olaraq Pelageyanı seçmişdi.