Yevlaxda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb. Bu barədə Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.
Araşdırmalarla onun rayon sakini Anar Abbasov olduğu müəyyən edilib. Həmin şəxsin evinin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 3 metrədək olan 13 ədəd çətənə bitkisi, eləcə də 450 qram qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.