Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Qax və Zaqatala rayonları ərazisindən keçən hissəsində ötən gün axşam və gecə saatlarında bir-neçə ərazidə yolun hərəkət hissəsinə irigövdəli ağaclar aşıb.
Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 30 avqust tarixində məlumat verir.
Yaranan problemin aradan qaldırılması üçün dərhal agentliyin əməkdaşları ərazilərə cəlb olunublar, qısa müddət ərzində ağaclar doğranaraq daşınıb, yolun hərəkət hissəsi təmizlənib, yolboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.