TÖVSİYƏ XƏBƏRLƏR

Yevlaxda 3 avtomobil toqquşub, xəsarət alanlar var

Yevlaxda 3 nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol qəzasında xəsarət alanlar var. Bu barədə 23 sentyabr tarixində Report xəbər verib.

“VAZ-2107”, “Renault” və traktorun toqquşması nəticəsində Şəmkir rayon sakini, 42 yaşlı N.İsmayılov və azyaşlı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.