Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib. Bu barədə Report 31 may tarixində xəbər verib.
Mayın 23-də baş verən hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini, 64 yaşlı Faiq Bayramov olduğu dəqiqləşib.
Onun intihar məqsədilə özünü qatarın altına atdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mayın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir – Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq, qəfildən özünü relslərin üzərinə atıb.